08:47 30-03-2015
news_image
1791
DİGƏR NÖVLƏR

Gimnastımız Lissabonda 2 bürünc medal qazandı

Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi və beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu yarışlar vətənə iki bürünc medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışları ilə yadda qalıb.

 

Yığmamızın lideri və Avropa Oyunlarının idman səfiri top və lent ilə hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də 4-cü, çoxnövçülükdə 5-ci yeri tutub.

Digər bürünc medal isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq turnirində iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyevanın aktivindədi.

Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq çıxışları da diqqətdən kənarda qalmayıb. Onlar əfsanəvi pop-musiqisinin kralı Maykl Ceksonun “Smooth Criminal” mahnısının sədaları altında icra olunan və artıq bədii gimnastika aləmində məşhur çıxışları bütün tamaşaçıları ayağa qaldırsa da, yekunda 4-cü yerlə kifayətləniblər.