08:26 02-04-2015
news_image
3857
TOP OYUNLARI

Azərbaycan çempionatında dəyişiklik: Çempion daha tez müəyyənləşəcək

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının pley-off və final mərhələsinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsi aprelin 4-də start götürəcək.

 

Həmin gün “Rabitə” “Azərreyl”i, “Azəryol” “Lokomotiv”i sınağa çəkəcək. Bu komandalar ikinci görüşünə iki gün sonra çıxacaqlar. Əgər hansısa cütlükdə klublar hərəyə 1 qələbə qazanarsa, onlar 3-cü dəfə üz-üzə gələcəklər.

 

Pley-offdan fərqli, final mərhələsində dəyişiklik edilib. Bu dəfə qalib və 3-cü yerin sahibi 3 deyil, 2 qələbənin yekununda bilinəcək. Həlledici matçlar isə aprelin 10-da və 12-də olacaq. Ehtiyac yaranarsa, aprelin 14-ü də oyun günü kimi göstərilib.   

 

 

Pley-off mərhələsi

4 aprel
16:00. “Rabitə” – “Azərreyl”
18:00. “Azəryol” – “Lokomotiv”

 

6 aprel
16:00. “Azərreyl” – “Rabitə”
18:00. “Lokomotiv” – “Azəryol”

 

8 aprel (ehtiyac olarsa)
16:00. “Rabitə” – “Azərreyl”
18:00. “Azəryol” – “Lokomotiv”

 

Final mərhələsi

10 aprel 
16:00. 3-cü yer uğrunda
18:00. Final

 

12 aprel
16:00. 3-cü yer uğrunda
18:00. Final

 

14 aprel (ehtiyac olarsa)
16:00. 3-cü yer uğrunda
18:00. Final