11:19 03-04-2015
news_image
440
TOP OYUNLARI

“Bakıda 2 zolaqlı yolda hamı 4 zolaq olduğu kimi sürür”

“Düşünürəm ki, “Lokomotiv”in oyunçuları gözəl kollektiv təşkil ediblər. Klub, rəhbərlik, texniki heyət - hamı bir ailə kimidi. İstədiyin vaxt kiməsə zəng edə və ya kiminsə yanına gedə bilərsən”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu Quinta Stenbergen deyib.

 

Hollandiya millisinin də şərəfini qoruyan təcrübəli oyunçu Bakı klubu və ölkəmiz barədə danışıb. O bildirib ki, “dəmiryolçular”ın heyətində özünü çox rahat hiss edir: “İlk dəfədir görürəm ki, prezident, məşqçilər, menecerlər bir-birlərinə bu qədər yaxındı. Bakı nə ilə maraqlıdı? Ən maraqlısı onun tez inkişaf etməsidi. Burada özümü təhlükəsiz hiss edirəm və insanlar da mehribandı. Qəribə isə avtomobillərin idarə olunmasıdı. Heç bir qayda yoxdu! Hətta 2 zolaqlı yolda hamı 4 zolaq olduğu kimi sürür. Gündən-günə Azərbaycan daha çox xoşuma gəlir. Mənim üçün Bakı möhtəşəm şəhərdi”.

 

Karyerası ərzində 1 dəfə belə zədələnməyən 30 yaşlı Stenbergen bunu orqanizmin güclü olması ilə əlaqələndirib. Onun sözlərinə görə, gözəl yumor hissi olan insanlardan xoşum gəlir: “Onların iddialı olmaları çox güclü təəssürat yaradır”

 

“Lokomotiv” fanatlarını möhtəşəm hesab edən holland onlarla fəxr etdiyini də vurğulayıb: “Onlar bizi çox dəstəkləyir, həmişə bizimlədi. Bizə olan sevgini nümayiş etdirmək üçün məşqlərimizə də gəlirlər”. 

 

Qeyd edək ki, Stenbergen 2011/2012 mövsümündə “Bakı”nın da şərəfini qoruyub və bu komanda ilə Super Liqanın bürünc medalını qazanıb.