18:51 04-04-2015
news_image
10188
TOP OYUNLARI

"Rabitə" və "Lokomotiv" finalın bir addımlığında - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, əsas mərhələdə ilk 4 pillədə qərarlaşan komandalar münasibətlərinə aydınlıq gətiriblər.

 

Mərhələnin ilk görüşündə “Rabitə” “Azərreyl”i sınağa çəkib. Gözlənildiyi kimi, “Rabitə” rəqibinə şans verməyib. Oyun birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ardınca “Azəryol” və “Lokomotiv” komandaları meydana çıxıblar. Bu görüşdə sevinən tərəf  “Lokomotiv” olub. Komandalar arasında ikinci oyunlar aprelin 6-da keçiriləcək.

 

Qeyd edək ki, pley-offda 2 qələbə qazanan komanda finala yüksələcək. Əgər hər klub 1 dəfə qalib gələrsə, əlavə görüş təşkil olunacaq.

 

Pley-off mərhələsi

4 aprel

 

“Azəryol” – “Lokomotiv” - 1:3 ( 17:25, 22:25, 25:14,15:25 

Voleybol Mərkəzi

 

Əsas mərhələdəki oyunları

İlk dövrə: “Azəryol” – “Lokomotiv” - 2:3 (26:24, 22:25, 25:22, 26:28, 11:15)

İkinci dövrə: “Lokomotiv” – “Azəryol” - 2:3 (23:25; 25:22; 25:13; 19:25; 7:15)

Üçüncü dövrə: “Azəryol” – “Lokomotiv” - 1:3 (25:14, 14:25, 19:25, 22:25)

Dördüncü dövrə: “Lokomotiv” – “Azəryol” - 0:3 (22:25, 12:25, 19:25)

 

“Rabitə” – “Azərreyl” - 3:0 (25:19, 25:19, 25:15)

"Sərhədçi" Olimpiya Mərkəzi

 

Əsas mərhələdəki oyunları

I dövrə: “Rabitə” – “Azərreyl”  - 3:0 (25:20; 25:22; 25:22)
II dövrə: “Azərreyl” – “Rabitə” - 0:3 (8:25; 18:25; 23:25)
III dövrə: “Rabitə” - “Azərreyl” - 3:0 (25:21; 25:5; 25:9)

IV dövrə: “Azərreyl” – “Rabitə” - 1:3 (21:25; 21:25; 25:21; 23:25)