16:37 04-04-2015
news_image
700
DİGƏR NÖVLƏR

Azərbaycan millisinin baş məşqçisi vəfat etdi

Azərbaycan gimnastikası ağır itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, qadın idman gimnastikası üzrə yığma komandamızın baş məşqçisi Aleksandr Pravdin dünyasını dəyişib.

 

Təcrübəli məşqçi bu gün qəflətən vəfat edib.

 

Azərbaycan Gimnastika Federasiyası mərhumun yaxınlarına, doğmalarına dərin başsağlığı verir və səbr diləyir.