08:17 06-04-2015
news_image
369
TOP OYUNLARI

Avropanın ən güclüsü

Qadın voleybolçular arasında Çempionlar Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Türkiyənin “Əczaçıbaşı” klubu qazanıb.

 

İstanbul təmsilçisi Şetsendə keçirilən finalda İtaliyanın “Yamamay” klubuna heç bir şans verməyib. 1980-cı ildən ilk dəfə həlledici matçda oynayan “Əczaçıbaşı” 3:0 hesabı ilə qalib gəlib.

 

Üçüncü yer uğrunda görüşdə isə “Vakıfbank” (Türkiyə) “Ximik”ə (Polşa) eyni hesabla qalib gəlib.

 

“Dördlər finalı”

Yarımfinallar

“Vakıfbank” (Türkiyə) - “Əczaçıbaşı” (Türkiyə) – 1:3 (22:25; 25:16; 22:25; 22:25)

“Ximik” (Polşa) – “Yamamay” (İtaliya) – 0:3 (21:25; 25:27; 21:25)

 

Üçüncü yer uğrunda

“Vakıfbank” (Türkiyə) - “Ximik” (Polşa) – 3:0 (25:19; 25:21; 25:17)

 

Final

“Əczaçıbaşı” (Türkiyə) – “Yamamay” (İtaliya) – 3:0 (25:22; 25:11; 25:21)

 

Qeyd edək ki, yarışda mübarizə aparan Azərbaycan klublarında “Rabitə” qrup mərhələsində, “Azəryol” I pley-off mərhələsində Çempionlar Liqasına vida etmişdi.