18:52 06-04-2015
news_image
5701
TOP OYUNLARI

"Rabitə" finalda, "Azəryol"dan "Lokomotiv"ə layiqli cavab - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının pley-off mərhələsinin ikinci görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan 2 oyundan sonra finalçılardan birinin adına aydınlıq gəlib.

 

Bu, son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə”di. İlk qarşılaşmada “Azərreyl”ə “quru hesabla” qalib gələn Zoran Qayiçin yetirmələri bu dəfə də qələbə qazanmaqda ciddi müqavimətlə üzləşməyiblər. “Dəmiryolçular” qısa müddət Tailand çempionatında çıxış edən Yelena Parxomenko və cərrahiyyə əməliyyatından sonra “Azəryol”da deyil, “Azərreyl”in heyətində meydana çıxan Anastasiya Qurbanova ilə “silahlansalar” da, ümumi hesabda tarazlıq yarada bilməyiblər.

 

Əvəzində “Telekom”un oyunçularına da meydan verən “Rabitə” inamlı qələbə sayəsində növbəti dəfə finala vəsiqə qazanıb.  

 

“Lokomotiv” – “Azəryol” duelində də sensasiya baş verməyib. İlk qarşılaşmada uduzan Ceyson Haldanın yetirmələrinin bu dəfə “dəmiryolçular”ı meydana çıxmağa peşman ediblər. Oyunun startından sonunadək təşəbbüsü əldən verməyən “Azəryol” revanş alaraq, cütün taleyini 3-cü görüşə daşıyıb.

 

Həmin qarşılaşma aprelin 8-nə təsadüf edəcək və cütün güclüsü “Rabitə”yə rəqib olacaq.

 

6 aprel

Pley-off mərhələsi, ikinci oyunlar

 

“Azərreyl” – “Rabitə” - 1:3 (18:25; 26:24; 13:25; 17:25)

Voleybol Mərkəzi

İlk oyun: “Rabitə” – “Azərreyl” - 3:0 (25:19, 25:19, 25:15)

 

“Lokomotiv” – “Azəryol” - 0:3 (16:25; 20:25; 20:25)

Voleybol Mərkəzi

İlk oyun: “Azəryol” – “Lokomotiv” – 1:3 ( 17:25, 22:25, 25:14, 15:25 )