11:19 06-04-2015
news_image

Bakı-2015: Avropa Oyunlarında taekvondoçuların qazancı açıqlandı

İyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarının taekvondo yarışlarında mükafatçıların qazanacağı reytinq xalları müəyyənləşib. Apasport.az saytının məlumata görə, paytaxtımızda çempion olacaq idmançılar aktivlərinə 40 xal əlavə edəcəklər.

 

İkinci yerin sahibi 25, üçüncü pilləni tutacaq idmançı isə 10 reytinq xalı qazanacaq.

 

Qeyd edək ki, Avropa Oyunlarında taekvondo yarışı Olimpiya çəki dərəcələri üzrə keçiriləcək.