13:53 06-04-2015
news_image
5120
TOP OYUNLARI

İsrail çempionatından Azərbaycan millisinə gəldi!

I Avropa Oyunları ilə bağlı Azərbaycan millisinə dəvət olunan daha bir legionerin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, iyunun 12-dən 28-dək Bakıda təşkil ediləcək Oyunlarda kişi basketbolçulardan ibarət 3X3 komandamıza amerikalı Marşall Mozes ardınca həmyerlisi Kenni Lavson da cəlb olunub.

 

27 yaşlı Lavsonun sənədləri qaydasına salındığından artıq millimizə namizədlər siyahısına da daxil edilib. 206 sm boy, 100 kq çəkiyə malik olan legioner hazırda İsrailin “İroni Nahariya” klubunun şərəfini qoruyur. Kenni də Marşall kimi, 2011-ci ildə MBA-da oynamağa yaxın olub. Lakin o, drafta düşsə də, hansısa komandaya keçə bilməyib.

 

Karyerası ərzində “Breoqan” (İspaniya), “Ramat Haşaron”, “Bney Hertzeliya” (hə ikisi İsrail), “İova” (ABŞ, D liqası) və “Samsunq” (Cənubi Koreya) klublarının da formasını geyinən Lavsonun Azərbaycan vətəndaşlığı alması Bakı-2015-də komandamızın heyətində yer alması demək deyil. Çünki baş məşqçi Elxan Əliyev yekunda əsas heyəti açıqlayacaq.

 

Qeyd edək ki, bunadək qadınlardan ibarət 3X3 komandamıza amerikalı Renara Tiffani Reys və yamaykalı Aneyka Henri də cəlb olunub.