23:01 06-04-2015
news_image
3816
TOP OYUNLARI

“Canik”dən ayrılıb, Azərbaycan yığmasına gəlir

Azərbaycan millisi daha bir basketbolçunu milliləşdirib. Apasport.az saytının məlumatına görə, amerikalı Marsedes Uolker Bakıda keçiriləcək Avropa Oyunlarında qadın basketbolçulardan ibarət 3X3 komandamızın heyətinə cəlb olunub.

 

Türkiyənin “Canik” klubunun şərəfini qoruyan 29 yaşlı basketbolçu yaxın günlərdə komandamızın düşərgəsinə qoşulacaq.

 

Artıq Azərbaycan vətəndaşlığını qəbul edən 115 kq çəkili Uolker karyerası ərzində Polşa və İsraildə də legioner həyatı yaşayıb. Türkiyədə “Edirne”, “TED Ankara” və “Orduspor”da çıxış edən Marsedes Polşada “Ribnik”, İsraildə “Elitzur Holon” klublarında çıxış edib.

 

191 sm boya malik yeni basketbolçumuz 2008-ci ildə MBA-nın draftına da düşüb. Lakin hansısa komanda onu heyətinə qatmayıb.

 

Bununla, Bakı-2015 üçün formalaşan yeni komandalarımızda legionerlərin sayı 5-ə çatıb. Uolkerdən öncə həmyerlisi Renara Tiffani Reys və yamaykalı Aneyka Henri də qadınlardan ibarət yığmamıza cəlb olunub. Həmçinin, amerikalı Marşall Mozes və Kenni Lavson da kişilərdən ibarət komandamızda oynamağa razılığını verib.

 

Qeyd edək ki, baş məşqçilər bu basketbolçuların heyətə salınıb-salınmaması ilə bağlı yekun qərarı Oyunların startından bir qədər öncə verəcəklər.