12:04 08-04-2015
news_image
448
TOP OYUNLARI

Dünya çempionu: Azərbaycan voleybolunda pul daha çoxdu

Qadın voleybolçular arasında Çempionlar Liqasının qalibi olan Türkiyənin “Əczaçıbaşı” klubunun baş məşqçisi Covanni Kaprara Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 2006-cı ildə Rusiya millisini dünya çempionluğuna daşıyan italiyalı mütəxəssis avrokuboklardakı qüvvələr nisbətindən də danışıb.

 

Türkiyə, Azərbaycan və Rusiya klublarının qadın voleybolunda hegemonluğuna münasibət bildirən Kaprara tendensiyanın davam edəcəyini qənaətindədi.

 

Onun fikrincə, son 5 ildə ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin finalına yüksələn “Yamamay”ın uğuru italiyalıların “üçlük” ölkələri üçün təhlükəli olması anlamına gəlmir: “Düşünmürəm ki, İtaliya əvvəlki mövqeyini qaytarmaq üçün mübarizə aparmaq gücündədi. Bu ölkələrdə pul daha çoxdu. Özü də xeyli çoxdu”.

 

Qeyd edək ki, 2005-10-cu illərdə ardıcıl 6 dəfə İtaliya klubları Çempionlar Liqasının qalibi olsa da, son 5 ildə mövqelərini əldən verib.