16:55 08-04-2015
news_image
353
DİGƏR NÖVLƏR

Bakıda 53 min avroluq yarış

Aprelin 9-dan 11-dək Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə qəsəbəsində atçılığın konkur növü üzrə “Bahar  Kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının xəbərinə görə, turnirə Azərbaycan, Gürcüstan, Türkiyə,  Ukrayna və İrandan idmançılar dəvət olunub.

 

Ümumilikdə 25 idmançı və 50-dək atın iştirakı gözlənilən yarışda Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 53 min avrodu.

 

Yarışlar hər gün saat 12:00 da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdur.