19:32 08-04-2015
news_image
433
DİGƏR NÖVLƏR

Olimpiya rekordçusu geri qayıdır

Dünyanın ən məşhur idmançılarından biri, üzgüçü Maykl Felps karyerasını yenidən davam etdirəcək. Apasport.az saytının məlumatına görə, alkoqollu içkidən istifadəsi səbəbindən yarışlardan uzaqlaşdırılan dünya və olimpiya çempionu aprelin ortalarında ABŞ-da start götürəcək turnirdə iştirak edəcək.

 

ABŞ-ın Üzgüçülük Federasiyası Felpsə 6 aylıq cəza tədbiri görüb. İndi isə onun 15-18 apreldə “Arena Qran-Pri” turnirində iştirakına icazə verilib.   

 

Onu da bildirək ki, 22 medalla olimpiya tarixinin ən çox medal qazanan idmançısı, 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurduğunu açıqlayıb. Lakin Felps ötən il yenidən idmana qayıdıb.