16:22 09-04-2015
news_image
346
TOP OYUNLARI

Super Liqada final mərhələsinin TƏQVİMİ

Voleybol üzrə qadınlar arasında Super Liqanın final mərhələsinin təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələyə sabah başlayacaq.

 

Belə ki, meydan öncə 3-cü yer uğrunda bir-birini sınağa çəkəcək “Azəryol” və “Azəreyl” klublarının ixtiyarına veriləcək. Bu qarşılaşmanın ardınca ilk final oyununda “Rabitə” “Lokomotiv”i qəbul edəcək.

 

Çempionata aprelin 12-də yekun vurula bilər. Lakin hər komanda 1 qələbə qazanarsa, qalibin və ya üçüncü yerin sahibi aprelin 14-də bir daha üz-üzə gələcək.

 

10 aprel

16:00. “Azəryol” – “Azərreyl”

18:00. “Rabitə” – “Lokomotiv”

 

12 aprel

15:00. “Azəryol” – “Azərreyl”

17:00. “Rabitə” – “Lokomotiv”

 

Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində keçiriləcək.