11:49 10-04-2015
news_image

Yığmamız Avropa çempionatı üçün heyətini açıqladı

Aprelin 20-də Moldovanın paytaxtı Kişinyovda parataekvondo üzrə Avropa çempionatı təşkil olunacaq. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 4-cü olan yarışa Azərbaycan millisi də qatılacaq.

 

Komandamızın baş məşqçisi Əvəz Tağıyev rekord sayda parataekvondoçunun gəlişi gözlənilən çempionatda 12 idmançıya şans verəcək. O, Moldovaya aparacağı heyətə Rövşən Qəhrəmanlı, Anar Hüseynov, Ayaz Axundov, Namiq Abbasov (hamısı 61 kq), Əbülfəz Abuzərli, Nicat Müslümov, Fariz Əliyev, Rövşən Rzayev (hamısı 75 kq), Vüqar Adışirinov, Aleksandr Polişuk (hər ikisi +75 kq), Röyalə Fətəliyeva (58 kq)
 və Aynur Məmmədovanı (+58 kq) daxil edib.

 

Yarış G4 kateqoriyalı olduğundan çempion aktivinə 40 xal əlavə edəcək. Hazırda Taekvondo Federasiyasının idman zalında təlim-məşq toplanışında olan komandamız səfərə aprelin 17-də çıxacaq və 21-də vətənə qayıdacaq.