17:53 12-04-2015
news_image
4965
TOP OYUNLARI

“Rabitə”dən 8-ci çempionluq, “Azəryol”dan ilk bürünc - YENİLƏNİB

Bu gün voleybol üzrə qadınlar arasında Super Liqada 2014/15 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, final mərhələsinin keçirilən oyunları mövsümdə sonuncu olub.

 

Buna həm bürünc, həm də qızıl uğrunda mübarizə aparan cütlərdə eyni komandanın ikinci dəfə qalib gəlməsi səbəb olub. Nəticədə 3-cü qarşılaşmalara ehtiyac qalmayıb.

 

Əvvəl Voleybol Mərkəzinin meydanına “Azəryol”la “Azərreyl” çıxıb. İlk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən Ceyson Haldanın yetirmələri bu dəfə də matçın taleyini 3 setdə həll edib. Düzdür, “Azərreyl” ilk iki setdə, xüsusilə də 2-ci hissədə rəqibinə güclü müqavimət göstərib. Lakin daha təcrübəli olan “Azəryol” qarşısına qoyulan vəzifənin öhdəsindən gəlib. Beləliklə ikinci dueldə də 3:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi tarixində ilk dəfə Super Liqanın bürünc mükafatını qazanıb.

 

Çempionun taleyinə isə “Rabitə” ilə “Lokomotiv” arasında oyunda aydınlıq gəlib. İlk matçda olduğu kimi 3:1 hesabı ilə qalib gələn “Rabitə” ardıcıl 8-ci dəfə Azərbaycan çempionu adını qazanıb. Düzdü, ilk setdə qalib gələn “Lokomotiv” azarkeşlərini xeyli ümidləndirib. Lakin Zoran Qayiçin yetirmələri ardıcıl 3 setdə qalib gələrək 2007/08-ci ildən sahibi olduqları titulu bu dəfə də heç kimə verməyib.

 

 

12 aprel

Üçüncü yer uğrunda,  2-ci oyun

15:00. “Azəryol” – “Azərreyl” – 3:0 (25:21, 31:29, 25:18)

Voleybol Mərkəzi

I dövrə: “Azəryol” – “Azərreyl” - 3:0 (26:24; 25:20; 25:16)

II dövrə: “Azərreyl” – “Azəryol” - 0:3 (20:25; 16:25; 15:25)

III dövrə: “Azəryol” – “Azərreyl” – 3:0 (25:21, 25:22, 25:20)

IV dövrə: “Azərreyl” – “Azəryol” - 3:2 (23:25; 25:17; 25:21; 21:25; 15:13)

Üçüncü yer uğrunda, ilk oyun: “Azəryol” – “Azərreyl” - 3:0 (25:22; 25:10; 25:16)

 

Final, 2-ci oyun

17:00. “Rabitə” – “Lokomotiv” – 3:1 (22:25, 25:20, 25:16, 25:13)

Voleybol Mərkəzi

I dövrə: “Lokomotiv” – “Rabitə” - 3:2 (25:22; 18:25; 25:23, 21:25, 15:13)

II dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (19:25; 25:18; 25:19; 25:20)

III dövrə: “Lokomotiv” – “Rabitə” - 0:3 (25:27; 16:25; 17:25)

IV dövrə: “Rabitə” – “Lokomotiv” - 3:1 (22:25, 25:19, 25:23, 26:24)

Final, ilk oyun: “Rabitə” - “Lokomotiv” - 3:1 (25:27; 25:21; 25:21; 25:19)