14:44 11-04-2015
news_image
366
TOP OYUNLARI

Millimiz üçün təqvim

Qadın həndbolçular arasında Avropa çempionatının II seçmə mərhələsinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, I seçmə mərhələnin A qrupunda Bolqarıstan və Farer adaları ilə mübarizə aparacaq Azərbaycan yığması 1-ci yeri tutub, raundu adlasa, növbəti oyunlarının günləri bəllidi.

 

Belə ki, Avropa Həndbol Konfederasiyası bu qarşılaşmalar üçün 3 zaman kəsiyi müəyyənləşdirib. İlk iki tur 2015-ci il oktyabrın 7-11-də, növbəti matçlar 2016-cı il martın 9-13-də, son turlar isə iyunun 1-5-dı baş tutacaq.

 

Qeyd edək ki, A qrupunun qalibi II seçmə mərhələdə 3-cü qrupda İspaniya, Hollandiya və Avstriya ilə mübarizə aparacaq.