00:51 12-04-2015
news_image
4510
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazandı

Boksçumuz Albert Səlimov 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Apasport. az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Albert Səlimov, lisenziyanı Dünya Boks Seriyası (WSB) liqasının 12-ci turu çərçivəsində amerikalı Karlos Balderasa qalib gəlməklə əldə edib.

 

Mübarizədə ciddi zədə alan rəqib görüşü davam etdirə bilməyib və nəticədə qələbə təmsilçimizə verilib.

 

Digər üç döyüşdə Murad Rabadanov (52 kq) Brent Riçard Veneqasa, Pərviz Bağırov (69 kq) Brayan Keballoya, Mixail Dalqalivets (81 kq) isə Stiv Nelsona qalib gəlib.
 

Yarışda 91 kq-dan yuxarı çəkidə Hacı Murtuzəliyev və Kam Avesome arasında nəzərdə tutulan döyüş keçirilməyib. Rəqib yarışa gələ bilmədiyindən, “Baku Fires” təmsilçisinə texniki qələbə verilib.
 

Qeyd edək ki, Dünya Boks Seriyası (WSB) liqasının 12-ci turu çərçivəsində Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və ABŞ-ın “USA Knockouts” komandaları arasındakı qarşılaşma Azərbaycan boksçularının 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

 

Komandamız aprelin 18-də  Puerto-Rikoya yola düşəcək. Orada “Puerto Rico Hurricanes” kollektivi ilə keçirələcək qarşılaşmada Heybətulla Hacıəliyev qələbə qazanacağı halda, Rio-de-Janeyro arzusunu gerçəkləşdirə bilər.