09:21 13-04-2015
news_image
401
TOP OYUNLARI

“8”lə 8-ci qızıl - FOTOSESSİYA

Voleybol üzrə Azərbaycan çempionatının mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qadınlar arasında Super Liqanın final mərhələsinin son oyunlarından sonra baş tutan tədbir əvəzedicilərin mükafatlandırılması ilə başlayıb.
 
“Azəryol” qızıl, “Azərreyl” gümüş, “Telekom” bürünc medallarına qovuşub. Ardınca kişilərin yarışında çempion olan “Neftçi”, 2-ci olan “Binəqədi” və 3-cülüyü qazanan Ali Hərbi Məktəbin komandası fəxri kürsüyə çıxıb.
 
Ən sonda isə Super Liqa təmsilçiləri meydana dəvət olunub. “Rabitə” qızıl, “Lokomotiv” gümüş, “Azəryol” bürünc medallarla mükafatlandırılıb.

 

Ardıcıl 8-ci dəfə çempion tituluna yiyələnən “Rabitə” mükafatlandırma mərasimində gözlənilməz addımı ilə diqqət çəkib. Komandanın bütün voleybolçuların medallarını almağa üzərində “8” əks olunan formalarla çıxıb.

 

Fotolar İslam Atakişiyevə məxsusdu