10:55 13-04-2015
news_image
376
DİGƏR NÖVLƏR

Azərbaycan gimnastı İtaliyadan bürünc medalla qayıdır - FOTO

İtaliyanın Pesaro şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirə yekun vurulub. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan gimnastı Ayşən Bayramova Dünya Kuboku ilə yanaşı keçən yarışda bürünc medal qazanıb.

 

Gürzlərlə çıxış edən həmyerlimiz 3-cü yerdə qərarlaşıb, 1-ci və 2-ci yerləri isə Rusiya və Belarus gimnastları bölüşüblər. Komanda yoldaşı Zeynep Çelep isə komanda hesabında 3-cü yerin bir neçə addımlığında dayanıb.

 

İlin əvvəlindən başlayaraq, çətin və maraqlı çıxışları ilə bədii gimnastikasevərləri təəccübləndirən yeniyetmələrdən ibarət komandamız çoxnövçülükdə çıxışlarının nəticələrinə əsasən 5-ci yerdə qərarlaşıb.

 

Bunlarla yanaşı, Dünya Kubokunda Marina Durunda, Gülsüm Şəfizadə və böyüklərdən ibarət komandamız da çıxış ediblər. Hər 4 finala çıxmağa müvəffəq olan Marina Durunda fəxri kürsüyə yüksələ bilməyib.