16:03 13-04-2015
news_image
323
TOP OYUNLARI

Basketbolçularımız Daşkənddə beynəlxalq turnirin qalibi oldular

Avropa Oyunlarına hazırlaşan qadın basketbolçulardan ibarət 3X3 komandamız növbəti uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, Tatyana Slojenitsinanın başçılıq etdiyi millimiz Daşkənddə keçirilən beynəlxalq turnirin qalibi olub.

 

Belə ki, yarımfinaladək asanlıqla irəlilən təmsilçimiz finala gedən yolda Özbəkistanın LND klubu ilə üz-üzə gəlib. Qarşılaşma 15:11 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

 

Finalda isə rəqibimiz ev sahiblərini digər - "Almalik" komandası olub. Basketbolçularımız bu dueldən də qalib ayrılaraq (21:15), turnirin baş mükafatına sahib olub.