10:11 14-04-2015
news_image
893
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsen Bakıya gəldi - FOTO

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib. Apasport.az saytının xəbərinə görə, hava limanında qonağı “ShamkirChess 2015” turnirinin təşkilatçısı olan “Synergy Group”un rəsmiləri qarşılayıb.

 

Norveçli qrossmeyster bu gün səhər Gəncəyə, orada isə yarışın keçiriləcəyi Şəmkirə yola düşüb.

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2015” turniri aprelin 16-da start götürəcək. Ötən il keçirilən ilk yarışın qalibi norveçli Maqnus Karlsen olub. 
 
Synergy Group ASC-nin təşkilatçılığı ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.