10:04 15-04-2015
news_image
421
STOLÜSTÜ OYUNLAR

Qədir Hüseynov Dubayda ikinci oldu

Dubayda keçirilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisinin üzvlərindən ən yaxşı nəticəni Eltac Səfərli göstərib.

 

9 turdan 7 xal toplayan həmyerlimiz əlavə göstəricilərə görə 6-cı yeri tutub. Onunla eyni xal toplayan türkiyəli Solak Draqan çempion adına layiq görülüb.

 

Digər şahmatçılarımızdan Zaur Məmmədov (6,5 xal) 9-cu, Qədir Hüseynov (6) 13-cü, Günay Məmmədzadə (5,5) 46-cı, Xəyalə Abdulla (4,5) 75-ci, Nail Bəşirli 87-ci, Nərmin Məmmədova 93-cü və Zeynəb Məmmədyarova 94-cü (hamısı 4) olub.

 

Yarışın ardınca blits turnir də təşkil olunub. Burada 11 turun yekununa əsasən Hüseynov 8,5 xal toplayaraq, ikinci yerdə qərarlaşıb. O, çempion Vladimir Fedoseyevdən (Rusiya) 1,5 xal geri qalıb. Yarışa qatılan Səfərli isə 6,5 xalla 21-ci yeri tutub.