11:09 15-04-2015
news_image
719
TOP OYUNLARI

Slovakiya – Azərbaycan matçının vaxtı dəqiqləşdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya ilə oyunlarının günü və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri rəqiblərini mayın 23-də qəbul edəcəklər.

 

Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

 

Komandamız cavab oyununa mayın 30-da, Bakı vaxtı ilə saat 21:00-da çıxacaq. Matç Leviçe şəhərinin İdman Sarayında baş tutacaq.

 

Qeyd edək ki, bu oyunla yanaşı, Avropa Oyunlarına hazırlaşan millimiz Türkiyədə təlim-məşq toplanışı keçməyi də planlaşdırır.