16:49 15-04-2015
news_image

Taekvondoçularımız Kişinyova yollandılar

Taekvondo üzrə Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişinyova yola düşüb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd G1 kateqoriyalı yarışa qatılmaqdı.

 

Belə ki, aprelin 18-də baş tutacaq turnirdə Azərbaycanı 23 idmançı təmsil edəcək. Kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandost Kişinyovda Vüsal Məmmədov, Fizam Mehtiyev (hər ikisi 54 kq), Məhəmməd Məmmədov, Kamil Abdulrrazakov (hər ikisi 63 kq), Sina Bahrami (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev, Elvin Məmmədov,İlkin Şahbazov (hər üçü 74 kq), Milad Beigi Harchegani (80 kq), Radik İsayev (87 kq), Əhməd Mohammadi və Ceyhun Həsənliyə (hər ikisi +87 kq) şans verəcək.

 

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək, Nurgül Çelik, Patimat Abakarova (hər üçü 49 kq), Lazara Caridad Valdes Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (-67 kq), Marina Tedeyeva (73 kq), Soheila Sayahi (73 kq) və Parisa Kafael Mohammad Nejada (+73 kq) etimad göstərib.

 

Reytinq xarakterli turnir başa çatandan bir gün sonra para-taekvondo üzrə 4-cü Avropa çempionatına start veriləcək. Qitə çempionatında isə 12 taekvondoçumuz medallar uğrunda mübarizəyə qoşulacaq.

 

Qeyd edək ki, milli komandalarımız hər iki yarışa Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədovun rəhbərliyi ilə qatılacaq. İdmançılarımız vətənə aprelin 19-da dönəcək.