14:54 16-04-2015
news_image

Avropa çempionunuz mübarizəni dayandırdı

“Baku Cristal Hall”da boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Avropa Oyunlarına test xarakteri daşıyan yarışda 11 ölkənin 80 idmançısı mübarizə aparır.

 

Yarışın ilk günündə Avropa çempionu Salman Əlizadə (49 kq) bolqarıstanlı Tinko Banabakova uduzaraq, turnirdən kənarda qalıb.

 

Milli komandamızın iki üzvü – Elvin Məmişzadə (52 kq) və Məsud Yusifzadənin döyüşündə daha təcrübəli birinci qalib gəlib.

 

64 kq çəki dərəcəsində çıxış edən Zaur Abdullayev türkiyəli Adem Avcı Furkandan üstün olub.

 

“Baku Fires” klubunun üzvü Nikolay Veselov da (75 kq) yarışa qələbə ilə başlayıb. Boksçumuz Belarus təmsilçisi Viktor Muraşkini məğlub edib.

 

Eldar Quliyev isə (81 kq) iki dəfə dünya çempionatlarının mükafatçısı olan təcrübəli Elşod Rasulova (Özbəkistan) uduzub.

 

Qızların yarışında Anaxanım Ağayeva (51 kq) komanda yoldaşı Əzizə Abbasovadan üstün olub.

 

Yarışın ikinci günündə günorta proqramında ilk olaraq iki boksçumuz bir-biri ilə qarşılaşıb. Cavid Dadaşov (49 kq) yeniyetmələrin II Olimpiya oyunlarının qalibi Rüfət Dadaşovu üstələyib.

 

Kənan Hüseynəliyev (56 kq) özbəkistanlı Muradjon Axmedaliyevi məğlub edib – 2:1.

 

İlk dəfə qatıldığı böyüklər arasında Azərbaycan çempionatında qalib gəlməklə diqqət mərkəzinə düşən Tayfur Əliyev (56 kq) “Böyük İpək Yolu”na da qələbə ilə başlayıb. Həmyerlimiz gürcüstanlı Levan Kadiaşvilini yarışdan kənarlaşdırıb – 3:0.

 

Roman Zakirov da (69 kq) turnirə qələbə ilə başlayıb. O, Azamat Kappuşev (Rusiya) üzərində qələbə qazanıb – 3:0.