16:36 16-04-2015
news_image
1476
DÖYÜŞ NÖVLƏRİ

Süleyman Mikayılov Avropa Boks Konfederasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib

Avropa Boks Konfederasiyasının (ABK) Baş Assambleyası keçirilib. Apasport.az saytının məlumatına görə, İtaliyanın Assizi şəhərində baş tutan tədbirdə ABK-nin vitse-prezident postlarına və İcraiyyə Komitəsinə seçkilər də baş tutub.

 

Belə ki, öncə qurumun ikinci şəxslərinin adlarına aydınlıq gəlib. Səsverməyə əsasən, rusiyalı Vladimir Tebekin və almaniyalı Yurgen Kyuas ABK-nın vitse-prezidenti seçiliblər.

 

İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. 12 üzvdən biri Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov seçilib.

 

Qeyd edək ki, Mikayılov eyni zamanda, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) da İcraiyyə Komitəsinin üzvüdü.