09:08 18-04-2015
news_image

Boksçularımız Rio üçün daha 2 lisenziyanın bir addımlığında

Bu gün Puerto-Rikonun San Xuan şəhərində Ümumdünya Boks Seriyasının (WSB) XIII turu çərçivəsində “Baku Fires” yerli “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu görüşdən sonra 2 boksçumuz – Məhəmməd Qurbanov (56 kq) və Heybətulla Hacəliyev (64 kq) Rio de Janeyro Olimpiadasına vəsiqəni rəsmiləşdirə bilərlər.

 

Bu mövsüm ilk görüşünə çıxacaq Mora Qurbanov üçün ciddi rəqib olmamalıdı.

 

Fərdi reytinqdə 3-cü yeri tutan Hacəliyev WSB liqasında debüt edəcək Karlos Adameslə döyüşdə favorit sayılır.

 

Puerto-Riko komandasının heyətində iki dominikanlı boksçu – Mora və Adames rinqə çıxacaq.

 

Komandaların heyətləri

“Puerto Rico Hurricanes” - Baku Fires”

49 kq. Antoni Ortiz – Rəsul Saliyev

56 kq. Qarsiya Mora – Məhəmməd Qurbanov

64 kq. Karlos Adames – Heybətulla Hacəliyev

75 kq. Ceffri Quillen – Jaba Xositaşvili

91 kq. Rosado Joze – Abdulqadir Abdullayev

 

Bu həftə B qrupunda Astana Arlans” səfərdə “Argentina Condors”un qonağı olacaq. “Caciques Venezuela” doğma divarlar arasında “İtalia Thunder”lə qarşılaşacaq. “Rafako Hussars Poland” isə USA “Knockouts”u qəbul edəcək.

 

Turnir cədvəli

1. “Astana Arlans” – 36 xal, (döyüşlərin nəticələri 50-10)

2. Baku Fires – 26, (40-20)

3. “İtalia Thunder “ – 23, (36-23)

4. “Venezuela Cacquez” – 20 (26-34)

5. USA “Knckouts” – 17, (26-34)

6. “Puerto Riko Hurricanes” – 17, (26-34)

7. “Rafako Hussars Poland” – 12, (22- 38)

8. “Argentina Condors” – 4, (13-46)

 

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək. “Baku Fires”in heyətində Albert Səlimov (60 kq) artıq bu vəsiqələrdən birinə sahib olub.