19:33 18-04-2015
news_image
1775
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov dünya çempionuna uduzdu, Məmmədovdan növbəti heç-heçə - YENİLƏNİB

Mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, 10 qrossmeysterin mübarizə apardığı yarışda bu gün II turun oyunları keçirilib.

 

İlk oyun günündə italiyalı Fabiano Karuana ilə xalı yarı bölən Şəhriyar Məmmədyarov bu dəfə dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. “Qaralar”la oynayan həmyerlimiz norveçli qrossmeysterlə görüşdə məğlub olub.

 

Yarışdakı digər təmsilçimiz Rauf Məmmədov isə ilk turda olduğu kimi, yenə yarım xalla kifayətlənib. O, bu dəfə hollandiyalı Aniş Giri ilə heç-heçə oynayıb.

 

18 aprel

II tur

 

Maykl Adams (İngiltərə, 2746) - Fabiano Karuana (İtaliya, 2802) - 0,5:0,5

Maqnus Karlsen (Norveç, 2863) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 1:0

Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5

Aniş Giri (Hollandiya, 2790) - Rauf Məmmədov (Azərbaycan, 2658) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya, 2783) - Uesli So (ABŞ, 2788) - 0,5:0,5

 

Turnir cədvəli:  Karlsen, Kramnik, So – 1,5 xal; Anand, Məmmədov, Vaşye-Laqrav, Karuana  - 1;  Adams, Məmmədyarov, Qiri – 0,5