11:03 18-04-2015
news_image
1348
DÖYÜŞ NÖVLƏRİ

Lorenzo Sotomayor: Azərbaycandakı imkanlarım Kubadakından daha çoxdu

“Mənim üçün Azərbaycandakı imkanlar Kubadakından daha çoxdu. Bu ölkənin bir nömrəli boksçusuyam. Bu, Kubada daha çətin idi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayor deyib.

 

Yığmamızın 64 kq çəki dərəcəsində liderlərindən olan Kuba əsilli idmançı “Baku Cristal Hall”da keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin 1/4 final mərhələsi çərçivəsində Zaur Abdullayev üzərində qələbədən sonra ölkəmizdə yaşamasından məmnunluq ifadə edib: “Azərbaycanı təmsil etməkdən şadam və burada yaşamaqdan məmnunam. İki ildən çoxdur ki buradayam”.

 

“Qəbələ” İdman Klubunun üzvü dayısı, hündürlüyə tullanma üzrə Olimpiya və ikiqat dünya çempionu Cavierin yolunu davam etməyi planlaşdırır. Sotomayorun sözlərinə görə, məhz dayısı onda idmana böyük həvəs yaradıb: “O, mənim qəhrəmanımdı, idealımdı. Dayım həmişə deyirdi ki, “Sən bunu bacararsan, sən də çempion ola bilərsən”. Bununla mənə ilham verirdi. Boksa başlamağımın səbəbkar da odu. Əlbəttə, mən də dayım kimi Olimpiya çempionu olmaq istəyirəm. Məqsədim gələn il Rioda keçiriləcək Olimpiya Oyunlarında çıxış etmək və burada çempion olmaqdı”.