13:57 18-04-2015
news_image

Serbiyada Azərbaycan himninin əvəzinə Ermənistan himnini səsləndirdilər

Serbiyanın Novo-Sad şəhərində yeniyetmə və gənclər arasında Avropa birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışda Azərbaycan millisi xoşagəlməz halla üzləşib.

 

Belə ki, gənclərin mübarizəsində 62 kq çəki dərəcəsində döşəyə çıxan Kamran Əsgərov bütün qarşılaşmalarını qələbə ilə başa vuraraq, Avropa çempionu tituluna yiyələnib. O, finalda Ermənistan millisinin samboçusu Volodya Sarqsyanı məğlub edib. Lakin təşkilatçı ölkə mükafatlandırma mərasimində kobud səhvə yol verib. Serblər Azərbaycan himninin əvəzinə işğalçı ölkənin himninin səsləndiriblər. Çempion Əsgərov məcburiyyətdən çaşqınlıq içərisində bu himni dinləyib. Kobud səhvə yol verdiklərini anlayan təşkilatçılar bir neçə dəqiqəlik müzakirələrdən sonra Azərbaycan himnini səsləndiriblər.

 

Qeyd edək ki, Azərbaycan millisi aprelin 20-də başa çatacaq birinciliyə 13 idmançı ilə yollanıb.