15:13 18-04-2015
news_image
435
TOP OYUNLARI

“Azəryol”la medal qazandı, yeni baş məşqçi etimad göstərdi

Qadın voleybolçular arasında Almaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın yeni baş məşqçisi Lusiano Pedulla “Volley Masters” üçün açıqladığı heyətə 22 oyununun adını daxil edib.

 

O, İsveçrədə baş tutacaq möhtəşəm yarış üçün açıqladığı siyahıda Azərbaycan Super Liqasından 2 voleybolçuya da yer verib. Bunlar az öncə “Lokomotiv”lə ölkə çempionatında gümüş medal alan Lisa Tomsen və “Azəryol”un heyətində üçüncü olan Lenka Dürrdü. Onların hər ikisi liberodu.

 

Qeyd edək ki, yarışda almanlar Türkiyə, Yaponiya və İtaliya ilə birgə B qrupunda yer alıblar. Turnir mayın 26-31-də olacaq.