18:28 18-04-2015
news_image
390
STOLÜSTÜ OYUNLAR

Fabiano Karuana: Karlsen də olsaydı, heç nə edə bilməzdi

Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda İtaliya təmsilçisi Fabiano Karuana qara fiqurlarla İngiltərə şahmatçısı Maykl Adamsla heç-heçə oynayıb. Adams partiyanı belə şərh edib: "Fərqli gedişlər etmək istədim. Sadəcə alınmadı. Heç-heçə ədalətli nəticə oldu. Karuana təzyiq etmək istəsə də, partiya heç-heçəyə gedirdi".
 

 

Fabiano Karuana da həmkarının dedikləriylə razılaşıb. Bir müddət düşündüyünü deyən Karuana vəziyyətdən çıxış yolu tapmadığını deyib: "Müəyyən gedişlər etmək istədim. Lakin partiyada heç-heçəyə gedirdi. 10 dəqiqəyə yaxın düşündüm amma lazımi gedişi tapa bilmədim. Heç-heçəy erkən razılaşmağımla bağlı fikirlərlə razı deyiləm. Belə partiyada Maqnus Karlsen də olsa heç nə edə bilməzdi".