18:02 20-04-2015
news_image
3853
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədov məğlub oldu, Şəhriyar Məmmədyarov yenə heç-heçə etdi - YENİLƏNİB

Mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində bu gün növbəti turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, IV oyun günündə Azərbaycan şahmatçıları qara fiqurlarla mübarizə aparıblar.

 

İlk 3 turdan sonra aktivində cəmi 1 xalı olan Şəhriyar Məmmədyarov bu dəfə hollandiyalı Aniş Giri ilə üz-üzə gəlib. Qrossmeysterimiz bu dəfə də qələbə qazana bilməyib. O, turnirdə 3-cü dəfə rəqibi ilə sülh bağlayıb.

 

Yarışdakı digər təmsilçimiz Rauf Məmmədov isə lider Uesli So ilə qarşılaşıb. Bütün görüşlərin heç-heçə nəticələndiyi turda yalnız Məmmədov məğlubiyyətə düçar olub.

 

20 aprel

IV tur

Maykl Adams (İngiltərə, 2746) - Maqnus Karlsen (Norveç, 2863) - 0,5:0,5

Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Fabiano Karuana (İtaliya, 2802) - 0,5:0,5

Aniş Giri (Hollandiya, 2790) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya, 2783) - Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5

Uesli So (ABŞ, 2788)- Rauf Məmmədov (Azərbaycan, 2658) 1-0

 

Turnir cədvəli: So - 3,5 xal; Karlsen – 3; Kramnik – 2,5; Vaşye-Laqrav, Anand - 2; Məmmədov, Qiri, Karuana, Məmmədyarov – 1,5; Adams - 1