09:22 20-04-2015
news_image

18 cüdoçuya 4 medal

Yeniyetmə cüdoçular arasında Sankt-Peterburqda keçirilən cüdo üzrə Avropa Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 18 idmançı ilə yollanan Azərbaycan millisi vətənə 4 medalla qayıdıb.

 

Cüdoçularımızdan Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (66 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda Qurbanlıya uduzan Sadiq Məhərrəmov 2-ci olub. 90 kq çəki dərəcəsində mübarizə aparan Vasif Şərbətli isə bürünc medalla kifayətlənib.

 

Qeyd edək ki, Azərbaycan komanda hesabında 19 ölkə arasında 4-cü olub.