19:43 20-04-2015
news_image
343
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Məğlubiyyəti nəzərə almasaq...

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində IV turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, “Synergy Group”-un təşkilatçılığıyla keçirilən yarışın hesabat turunda Şəhriyar Məmmədyarov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb.

 

Partiyadan sonra hər iki şahmatçı mətbuat konfransında suallara cavab verib.


Şəhriyar Məmmədyarov: "Maraqlı oyun alındı. Tomaşevskiylə oynadığım partiyaya oxşayırdı. İstəyirdim uğur qazanım. Sadəcə oyunun gedişində aşkar üstünlük hiss olunmadı. Buna görə heç-heçəyə razılaşdım. 4 turdan sonra müəyyən fikir söyləmək olar. Karlsenə məğlubiyyəti nəzərə almasaq nəticə normaldı. Sadəcə daha yaxşı oynamaq lazımdır. Növbəti 5 turda xal qazanmalıyam".
 

Aniş Giri: "Şəmkirdə bir sıra maraqlı oyunların şahidi oluruq. Sadəcə keyfiyyət baxımından oyunum bəzən alınmır. Məmmədyarov təzyiqi artırmaq istəyirdi. Buna imkan vermədim. Heç-heçə oyuna uyğun nəticə oldu".