19:48 20-04-2015
news_image
587
STOLÜSTÜ OYUNLAR

Uesli So: Rauf 22-ci gedişdə səhv etdi

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində IV turun partiyaları başa çatıb. Apasport.az saytının məlumatına görə, “Synergy Group”-un təşkilatçılığıyla baş tutan turnirin hesabat turunda Rauf Məmmədov əslən Filippindən olan ABŞ təmsilçisi Uesli Soya uduzub.

 

Partiyadan sonra keçirilən mətbuat konfransında So azərbaycanlı şahmatçının səhvə yol verdiyini bildirib: "Şəmkir turniri mənim üçün çox yaxşı nəticələrlə başladı. Düzünü desəm 4 turdan sonra lider olacağımı gözləmirdim. Lider olmağım sürprizdir. Yarışda Maqnus Karlsen, Vladimir Kramnik və Vişvanatan Anand kimi dünya çempionları iştirak edir. Onların mübarizə apardığı turnirdə lider olmaq çox sevindiricidir. Fikrimcə hələlik turnirin qalibi olmaq barədə düşünmək olmaz. Çox istərdim ki, bu gün sonuncu tur olsun və mən qələbəni qeyd edim. Amma qarşıda 5 tur var. Çətin oyunlar qarşıdadı”.
 

Raufla oyuna gəldikdə rəqib səhvə yol verdi. 22-ci gedişdə etdiyi səhvdən istifadə etməyə bilməzdim. Ondan sonra hücuma keçdim və lazımi nəticəni qazandım. Raufun səhvi qələbə qazanmağa kömək oldu. İstənilən nəticədən sonra üzərində işləmək vacibdir. Məğlubiyyətdən sonra həvəsdən düşmək olmaz".
Azərbaycanlı Rauf Məmmədov isə məğlubiyyət haqda qısa danışıb: "Məğlubiyyət haqda danışmaq çətindir. Partiyanı gördünüz. Pis oynadım".