20:10 21-04-2015
news_image
374
STOLÜSTÜ OYUNLAR

Fabiano Karuana: Səhvim ucbatından qələbə qazana bilmədim

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 5-ci turun görüşləri davam edir. Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın 5-ci turunda İtaliya şahmatçısı Fabiano Karuana holland həmkarı Aniş Giriylə heç-heçə oynayıb. Partiyadan sonra Karuana nəticədən razı qalmadığını bildirib: "Düzünü desəm qalib gəlməyi düşünürdüm. Əla vəziyyət var idi, sadəcə dəyərləndirmədim. Ona görə çox pis oldum. Bu gün qələbəyə çox yaxın olsamda, yarım xalla kifayətləndim. Səhvim ucbatından qələbə qazana bilmədim".

 

 

Aniş Giri həmkarının dedikləriylə razılaşıb: "Karuana haqlıdı. Məğlubiyyət yaxında idi. Rəqibin aşkar üstünlüyü hiss olunurdu. Partiyada dönüş çətinliklə alındı. Fabiano yaxşı başladı, amma onun qarşısını almaq mümkün oldu. Heç-heçə mənim üçün yaxşı nəticədir. Nəzərə alsaq ki, məğlubiyyəti hiss edirdim. 5 turdan sonra çıxışımı müsbət qiymətləndirməzdim. Təəssüf ki, o qədər parlaq oynamıram. İstirahət günündən sonra oyunda dəyişiklik etmək lazımdır".
 

 

Fabiano Karuana istirahət günündə həmkarlarıyla futbol oynamaq təklifini müsbət dəyərləndirib: "Sabah tur yoxdur. Ona görə futbol oynamaq olar. Bilmirəm Maqnusun komandasında olacam ya yox. Amma futbol oynamaq yaxşı olardı".