13:50 22-04-2015
news_image
286
DİGƏR NÖVLƏR

Hərbçilərin ən güclüsü müəyyənləşdi - FOTOSESSİYA

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 20 noyabr, 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Velosiped İdmanı Federasiyası, "İrəli" və "Təxris olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliklərinin təşkilatçılığı ilə "Silahlı Qüvvələr Kuboku" velosiped yarışı təşkil olunub. Apasport.az saytının məlumatına görə, "Velopark"da keçirilən yarışda Silahlı Qüvvələrin müxtəlif qurumlarının 16 komandası iştirak edib.

 

Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 iştirakçı olmaqla, estafet sistemi üzrə mübarizə aparıblar. İlkin mərhələdən sonra finala vəsiqə qazanan 3 komanda müəyyənləşib. Həlledici yürüşdə Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları bütün rəqiblərini qabaqlamaqla yarışın qalibi olublar.

 

İlk 3 yeri tutan komandalar AVİF tərəfindən kubok, medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, "İrəli" və "Təxris olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliklərinin sədrləri Mirhəsən Seyidov və Emin Həsənli təqdim edib.