
00:45
Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində istirahət günüdür. Synergy Group-un təşkilatçılığıyla baş tutan turnirin iştirakçıları istirahət günündə Şəmkir şahmat məktəbində olub. Məşhur qrossmeysterlər uşaqlara seans keçib, sonra onlarla xatirə şəkli çəkdirib.