18:55 22-04-2015
news_image
454
STOLÜSTÜ OYUNLAR

Nüfuzlu “Veyk-An-Zee” super turnirinin direktoru Şəmkirə gəldi

Hollandiyada təşkil edilən şahmat üzrə nüfuzlu Veyk-An-Zee super turnirinin direktoru və təşkilatçısı Yerun Van den Berq Şəmkirə gəlib. Qonaq Synergy Group-un təşkilatçılığıyla keçirilən Vüqar Həşimovun xatirə turnirində iştirak edəcək. Şahmatçılarla və rəsmilərlə görüşəcək Ven den Berq yarışın sonuna qədər Şəmkirdə olacaq.


Qeyd edək ki, Van den Berqin təşkilatçılığıyla hər il Hollandiyada nüfuzlu Veyk-An-Zee turniri keçirilir. Yarış şahmat aləminin ən uzun ömürlü turnirlərindən sayılır.