16:46 23-04-2015
news_image

Albert Səlimov “Baku Fires”in heyətindən kənarlaşdırıldı

Aprelin 25-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) XIV turu çərçivəsində “Baku Fires” “Argentina Condors” klubu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu komandamızın qrup mərhələsində sonuncu görüşü olacaq.

 

4 xalla qrupun aşkar autsayderi olan Argentina təmsilçisi ilə matçda Albert Səlimov rinqə çıxmayacaq. Rio-de-Janeyro Olimpiadasına lisenziyanı təmin etdiyindən məşqçilər təcrübəli boksçuya istirahət verməyi qərara alıblar. Onun əvəzinə gənc Nəsrəddin Məmmədov Ümumdünya Boks Seriyasında debüt edəcək. Həmyerlimiz bu mövsüm 4 döyüşdə məğlub olan Nunyezlə üz-üzə gələcək.

 

Fərdi reytinqdə 4-cü yeri tutan Pərviz Bağırov bu mövsüm bir dəfə rinqə çıxan və uduzan Veronla qarşılaşacaq.

 

Argentina klubu cari çempionatda cəmi 1 dəfə qalib gəldiyindən “Baku Fires” bu qarşılaşmanın aşkar favoriti sayılır.

.

 

Komandaların heyətləri:

“Baku Fires” – “Argentina Condors”

52 kq. Murad Rabadanov – Rikardo İbarra

60 kq. Nəsrəddin Məmmədov – Brayan Nunyez

69 kq. Pərviz Bağırov – Luis Alberto Veron

81 kq. Mixail Dauqalivets – Xuan Rizo Patron

+91 kq. Hacı Murtuzəliyev – Fakundo Qiqlion

 

Bu həftə B qrupunda “Astana Arlans” səfərdə “İtalia Thunder”in qonağı olacaq. “Caciques Venezuela” rəqib meydanında “Rafako Hussars Poland”la qarşılaşacaq. USA “Knockouts” doğma divarlar arasında “Puerto Riko Hurricanes”i qəbul edəcək.

 

Turnir cədvəli

1. “Astana Arlans” – 39 xal, (döyüşlərin nəticələri 54-11)

2. Baku Fires – 29, (43-22)

3. “İtalia Thunder “ – 24, (38-26)

4. “Venezuela Cacquez” – 23, (29-36)

5. Puerto Riko Hurricanes” – 17, (28-37)

6. USA “Knckouts” – 16, (27-38)

7. “Rafako Hussars Poland” – 15, (26- 39)

8. “Argentina Condors” – 4, (14-50)

 

Qrupda 2-ci yeri özünə təmin edən “Baku Fires” pley-offda A qrupunda 3-cü olan klubla qarşılaşacaq. Hazırda Ukrayna komandası 27 xalla 3-cüdü, meksikalılar isə 25 xalla 4-cü pillədədi.

 

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.