18:43 23-04-2015
news_image
531
STOLÜSTÜ OYUNLAR

Vladimir Kramnik üzrxahlıq etdi

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib. Rusiyalı şahmatçı V turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib.

 

Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib. Kramnik Synergy Group-un təşkil etdiyi turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini deyib.