17:44 24-04-2015
news_image
654
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədov: Bəxtim gətirdi

“Şəhriyar güclü rəqibdi. Turnirin digər şahmatçıları kimi, ona qarşı da oynamaq çətindi”. Apasport.az saytının məlumatına görə, bu sözləri azərbaycanlı şahmatçı Rauf Məmmədov deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirinin VII turu Azərbaycan dueli ilə yadda qalıb. “Synergy Group”un təşkil etdiyi yarışın hesabat turunda Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun duelində heç-heçə qeydə alınıb.

 

Görüşlə bağlı fikirlərini bildirən Rauf Məmmədov bəxtinin gətirdiyini etiraf edib: "Klassik şahmatda sonuncu dəfə 10 il əvvəl rəqib olmuşuq. O zaman Dubay turnirində qara fiqurlarla Şəhriyarla heç-heçə oynamışdım. Şəhriyarı çox yaxşı tanıyıram. Məmmədyarov iki dəfə iddiaçılar turnirində iştirak edib. Hər ikisində onun komandasında yer almışam. Etiraf edim ki, bu dəfə bəxtim gətirdi. Şəhriyar çox yaxşı başladı. Debütdən sonra vəziyyətim pisləşdi. Şəhriyar Azərbaycan yığmasının lideridi. Sözsüz ki, yaxın dostumdu. Bununla belə, böyük çətinliklə vəziyyətdən çıxdım. Heç-heçə yaxşı nəticədi. Çünki qaralarla oynayırdım. Turnirin son günü doğum günüm olacaq. Həmin gün isə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacam. Görək necə olacaq".