21:33 24-04-2015
news_image
535
STOLÜSTÜ OYUNLAR

Özünə bənzəməyən kimdi?

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində VII turun görüşləri başa çatıb. Apasport.az saytının xəbərinə görə, hesabat turunda italiyalı  Fabiano Karuana Uesli Soya qalib gəlib. Partiyadan sonra hər iki şahmatçı partiya haqda fikirlərini bildirib.


 Karuana bildirib ki, qələbə qazanmaq hər zaman yaxşı hisslər yaradır: “Debütdən istədiyim oyunu göstərməyə başladım. Maraqlıdır ki, So geri çəkilmirdi. Sona yaxın məğlubiyyətən xilas olmağa çalışsa da, buna imkan vermədim. Qələbə xalımı 4-ə çatdırdı. Turnirdə qalib olmağa şansım çox deyil. Bununla belə son turlarda qələbə qazanmağa çalışacam".

ABŞ təmsilçisi So isəbildirib ki, son iki turda özünə bənzəmir: “Oyun alınmır. Hazırlıq baxımından problem yoxdur. Sadəcə oyun zamanı üstünlük qazana bilmirəm. Digər tərəfdən rəqiblər daha yaxşı oyun göstərir. Şəmkirdə heyət çox güclüdür. Hər tur ciddi mübarizə gedir. Fikrimcə son turlar daha maraqlı olacaq".