18:38 25-04-2015
news_image
3711
STOLÜSTÜ OYUNLAR

Məmmədovdan heç-heçə, Məmmədyarov Anandla bacarmadı- YENİLƏNİB

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində bu gün VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ötən tur bir-birləri ilə qarşılaşan Azərbaycan qrossmeysterləri bu dəfə fərqli rəqiblərlə üz-üzə gəliblər.

 

Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla qarşılaşıb və gərgin mübarizədə rəqibinə məğlub olub. Rauf Məmmədov isə İtaliya təmsilçisi Fabiano Karuana ilə bərabərliyə razılaşıb.

 

Lider Maqnus Karlsen bu tur Uesli Sonu sınağa çəkib. Lakin tərəflər kimsə digərindən üstün ola bilməyib.  

 

25 aprel

VIII tur

 

Vişvanatan Anand (Hindistan,2791) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) 1:0 

Rauf Məmmədov (Azərbaycan, 2658) - Fabiano Karuana (İtaliya, 2802) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya, 2783) – Maksim Vaşye-Laqrav (Fransa, 2716) - 1:0 

Uesli So (ABŞ, 2788) - Maqnus Karlsen (Norveç, 2863) 0,5:0,5

Maykl Adams (İngiltərə, 2746) - Aniş Giri (Hollandiya, 2790) 1:0

 

Turnir cədvəli: Karlsen - 6 xal, Anand - 5,5, So, Karuana - 4,5 Məmmədyarov, Kramnik, Məmmədov, - 3,5, Qiri, Vaşye-Laqrav, Adams - 3 xal.