20:31 25-04-2015
news_image
664
STOLÜSTÜ OYUNLAR

Uesli So: Fikrimcə, turnirin qalibi elə Maqnus Karlsen olacaq

Heydər Əliyev Mərkəzində keçirilən Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində 8-ci turun görüşləri başa çatıb. Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın 8-ci turunda Amerika şahmatçısı Uesli So norveçli qorssmeyster Maqnus Karlsen ilə sülh bağlayıb.


Oyundan sonra hər iki qrossmeyster öz oyunları barədə jurnalistlərlə fikirlərini bölüblər.

Dünya çempionu Maqnus Karlsen turnirin onun üçün çox yaxşı keçdiyini qeyd etdi. "Yekun nəticə çıxartmaq üçün səbirsizliklə son turu gözləyirəm. Ümidvaram ki, istədiyim nəticəni alacam və Vüqar Həşimov Memorialının ikiqat qalibi olacam". Ən çox hansı rəqiblə oyun sizə daha çox təsir bağışladı sualına, Maqnus Karlsen 5-ci turda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla partiyanı qeyd etdi: "Beşinci turda ağ fiqurlarlarla oynadım. Mənim fikrimcə ən maraqlı oyun idi, çünki oyunun əvvəlindən çox qeyri-adi pozisiya əldə etdim bu turda".


Amerikalı  Uesli So isə belə dedi: "Çox şadam ki bu turnirdə iştirak edirəm. Oyunuma gəldikdə isə demək istəyirəm ki, turnirin birinci hissəsində daha yaxşı oyun göstərdim. Amma təəssüflər olsun ki, fasilədən sonrakı turlarda istədiyim oyunu alındıra bilmədim. Mənim fikrimcə turnirin qalibi elə mənim bu günkü rəqibim Maqnus Karlsen olacaq. Rəqiblərimə gəldikdə isə çox güclü heyyətlə oynadım. Bu turnirdə maraqlı oyunlarımdan ən çox birinci turda qarşılaşdığım holland Aniş Giriyə qalib gəldiyim və bu gün Maqnus Karsenlə görüşdüyüm oyunu qeyd etmək istərdim".