19:52 26-04-2015
news_image
3053
STOLÜSTÜ OYUNLAR

“Shamkir Chess 2015” beynəlxalq turnirinin qalibi Maqnus Karlsen oldu YENİLƏNİB

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində bu gün sonuncu IX turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysterləri bu dəfə fərqli rəqiblərlə üz-üzə gəliblər.

 

Ötən turda Vişvanatan Ananda məğlub olan Şəhriyar Məmmədyarov ingilis Maykl Adamsla qarşılaşıb. Bu görüşdə tərəflər bərabərliyə qalıb. Rauf Məmmədov isə norveçli dünya çempionu Maqnus Karlsenlə 4 saatlıq mübarizədə güclü rəqibinə məğlub olub.

Turnirin ikinci pilləsində qərarlaşan hindistanlı Vişvanatan Anand isə son turda Fabiano Karuana ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda da heç-heçə qeydə alınıb. 

 

Beləliklə, beynəlxalq turnirin qalibi məğlubedilməz Maqnus Karlsen olub. O, 9 görüşün 5-də qalib gəlib, qalan 4 oyunda isə heç-heçə edib. 

 

 

 

26 aprel

IX tur

 

 

Şəhriyar Məmmədyarov ( Azərbaycan, 2754) – Maykl Adams ( İngiltərə, 2746) - 0,5:0,5

Fabiano Karuana ( İtaliya, 2802) - Vişvanatan Anand ( Hindistan, 2791) 0,5:0,5

Maqnus Karlsen ( Norveç, 2863) – Rauf Məmmədov ( Azərbaycan, 2651) - 1:0

Aniş Giri ( Hollandiya, 2790) – Vladimir Kramnik ( Rusiya, 2783) 0,5:0,5 

Vaşye-Laqrav ( Fransa, 2762)- Uesli So ( ABŞ, 2788) - 0,5:0,5 

 

 

 

Turnir cədvəli: Karlsen - 7 xal, Anand - 6, So, Karuana -5, Məmmədyarov, Kramnik - 4, Vaşye-Laqrav, Adams, Məmmədov, Qiri  - 3,5 xal.