09:48 27-04-2015
news_image
2078
DİGƏR NÖVLƏR

“Synergy Baku”nun velosipedçisi Fransa turunda qalib oldu! - VİDEO

Fransada keçirilən 7 mərhələli "Le Tour de Bretagne" yarışının dünən keçirilən 172 km-lik 2-ci mərhələsi “Synergy Baku”nun velosipedçisi Matey Müqerlinin qələbəsi ilə başa çatıb. Apasport.az saytının xəbərinə görə, məsafəni 3 saat, 53 dəqiqə, 52 saniyəyə başa vuran velosipedçimiz finiş xəttini birinci keçib. Digər təmsilçimiz Maksim Averin fotofinişə əsasən 5-ci yeri tutub.


“Mən çox xoşbəxtəm və komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm” – deyən Matey Müqerli, mərhələnin gedişində nəzarəti bir an belə əldən vermədiklərini xüsusi vurğulayıb.


“Synergy Baku”nun heyətində bu ilin əvvəlindən etibarən çıxış edən sloveniyalı idmançı Matey Müqerlinin mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaidjan-2015” veloyürüşündə də iştirakı planlaşdırılır.