11:37 29-04-2015
news_image
472
TOP OYUNLARI

“Azərbaycan zəif komanda deyil” – federasiya prezidenti

“Azərbaycanla pley-off oyunlarında qalib gəlmək arzusundayıq. Bilirik ki, rəqibimiz zəif komanda deyil. Amma qızlarımızda qələbə qazanmaq istəyinin böyük olduğunu görürəm”. Apasport.az saytının məlumatına görə, bunu Slovakiya Voleybol Federasiyasının prezidenti Lyubor Halanda deyib.

 

Qurum rəhbəri qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Azərbaycanla oyun öncəsi iddialı danışıb. Uzun fasilədən sonra təlim-məşq toplanışına yığışan komanda ilə görüşən Halanda bildirib ki, onlar 2009-cu ildəki uğurunu təkrarlayıb, final mərhələsində oynamayaq üçün əla şans qazanıblar: “Hesab edirəm ki, Azərbaycan yığmasını keçib, final mərhələsinə yüksələ bilərik. 6 ildən sonra yenidən qitənin ən güclüləri sırasında olmaq istəyirik. Bunun üçün hər 2 görüşdə ən yaxşı oyunumuzu göstərməliyik”.

 

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə mayın 23-də və 30-da oynayacaq.